Dünyanın ən dəyərli texnologiya şirkəti Çinə məxsusdur - 300 milyard dollar qiymətləndirilir

10:18 - 18.11.2024


18 noyabr, Fineko/abc.az. “ByteDance” şirkəti 300 milyard dollar“ByteDance” şirkəti 300 milyard dollar qiymətləndirmə ilə texnologiya sektorunda ən dəyərli Çin şirkəti ola bilər.

ABC.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal”da məqalə dərc edilib. Yazıda qeyd edilib ki, “TikTok”un sahibi olan “ByteDance” investorlara biri 180.7 dollar qiymətinə səhmlərin geri alınması proqramı təklifi ilə müraciət edib.

Bu, “ByteDance”ın son iki ildə üçüncü geri alışıdır. Səhmlərin geri alışı nəticəsində “ByteDance”ın kapitallaşması davamlı olaraq artıb. Şirkət keçən ilin oktyabrında 225 milyard dollar qiymətləndirilirdisə, həmin ilin dekabrına qədər 268 milyarda yüksəlib və indi 300 milyard dollar həddini keçməyə yaxındır.

Müəllif: Elmir Murad