12:31 - 7.11.2024
7 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
ABC.AZ xəbər verir ki, AMB-nin məlumatına görə, noyabrın 7-də keçirilən valyuta hərracında bankların tələbi 77,1 milyon dollar təşkil edib və tam təmin edilib.
AMB-nin məlumatına görə, bu, ötən hərracdan 7,8 milyon dollar (11,26%) çoxdur. Noyabrın 5-də keçirilən valyuta hərracında AMB banklara 69,3 milyon dollar satıb.
Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN/USD təşkil edib.