09:45 - 30.10.2024
30 oktyabr, Fineko/abc.az. Etalon markaların qiyməti çərşənbə günü hərracda artır.
Brent markalı neftin dekabr ayı üçün fyuçersi ICE Futures birjasında saat 09:40-da $0,48 (0,68%) artaraq bir barel üçün $71,60-a yüksəldi. Oktyabrın 29-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $0,30 (0,42%) ucuzlaşaraq bir barel üçün $71,12-a çatıb.
Saat 09:40-da NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçersləri $0,53 (0,79%) artaraq bir barel üçün $67,74-a yüksəldi. Oktyabrın 29-da aparılan hərracların nəticələrinə görə, WTI neftinin dekabr fyuçersləri $0,17 (0,42%) ucuzlaşaraq bir barel üçün $67,21-a düşüb.