17:02 - 29.10.2024
29 oktyabr, Fineko/abc.az. Litva yaxın beş il ərzində qaz şəbəkələrinin inkişafı layihələrinə təxminən 138 milyon avro sərmayə yatırır.
ABC.AZ xəbər verir ki, bu barədə Baltik Respublikasının qaz nəqliyyat sisteminin operatoru “Amber Grid” məlumat verib.
Bu xərclər enerji tənzimləmə Dövlət Şurası tərəfindən təsdiq edilib.
Onun qərarına əsasən, 2024-2033-cü illər arasında qaz şəbəkələrinin inkişafına 201 milyon avro ayrılacaq.
Sistemin direktoru Nyamunas Biknyus, enerji mənbəyi olaraq təbii qazın ən azı bir neçə onilliklər ərzində geniş istifadə olunacağına inanır, buna görə qaz ötürmə şəbəkələrinin etibarlılığı saxlanılmalıdır.
13 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026