Son 9 ayda Azərbaycanda 3 min 623 ədəd minik avtomobili istehsal edilib

11:50 - 29.10.2024


29 oktyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 3 min 623 ədəd minik avtomobili istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 1 513 ədəd və ya 71,7% artıb. 2023-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 2 min 110 ədəd təşkil edib.

2024-cü ilin 1 oktyabr tarixinə anbarlarda qalan minik avtomobillərinin sayı 93 ədəd və ya 18,7% artaraq 590-a çatıb.

2023-cü ilin 1 oktyabr tarixinə bu göstərici 497 ədəd olub.