Litva yazda Rusiya və Belarusla elektrik xətlərinin söküntüsünə başlayacaq

15:20 - 25.10.2024


25 oktyabr, Fineko/abc.az. Litva 2025-ci ilin yaz aylarında Rusiya və Belarusla elektrik xətlərini sökməyə başlayacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Baltik Respublikasının elektrik şəbəkəsi operatoru Litgrid məlumat verib.

"Rusiya və Belarus istiqamətlərindəki bütün xətlər fevralın 8-də Belarus, Rusiya, Estoniya, Latviya və Litvanın vahid elektrik enerji sistemi çərçivəsində elektrik təchizatı müqaviləsi ləğv edildikdə bağlanacaq. Bu yazdan sonra lazımsız infrastrukturun sökülməsinə başlanacaq", - məlumatda deyilir.