14:52 - 24.10.2024
24 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın BRICS ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 11,8 faiz artaraq 7,78 milyard dolları üstələyib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində BRICS ölkələri ilə ticarətin payı 22,55 faiz təşkil edib ki, bu da bir öncəki göstəricidən 4,75 faiz bəndi çoxdur.
Qeyd edək ki, 9 ölkənin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və BƏƏ) daxil olduğu BRICS təşkilatı 2006-cı ildə yaradılıb.
12 Avqust 2026