11:46 - 22.10.2024
22 oktyabr, Fineko/abc.az. Nigeriya hökuməti “Shell” enerji qrupunun ölkənin materik hissəsində və Qvineya körfəzində bilavasitə sahilə yaxın ərazidə yerləşən neft və qaz hasilatı aktivlərinin satışını əngəlləyib.
ABC.AZ xəbər verir ki, bu barədə Nigeriyanın Neft Hasilatı Tənzimləməsi Komissiyasının rəhbəri Qbenqa Komolafe paytaxt Abucada keçirdiyi brifinqdə bildirib.
“Satış müqaviləsi tənzimləyicinin testindən keçmədi”, – o deyib. Buna baxmayaraq konkret səbəblər göstərilməyib.
14 Avqust 2026