Azərbaycanın xaricə siqaret satışı kəskin artıb

12:30 - 21.10.2024


21 oktyabr, Fineko/abc.az. Azərbaycan bu ilin ilk səkkiz ayında xaricə 23.54 milyon ABŞ dolları dəyərində siqaret satıb.

ABC.AZ xəbər verir ki, hesabat dövründə 1.517 mlrd. ədəd tərkibində tütün olan siqaretlər ixrac edilib və bu da 2023-cü ilin eyni dövrünü 3 dəfə üstələyib.

Azərbaycanın istehsal etdiyi siqaretin 83 faizini Gürcüstan alıb. Qonşu ölkə 2024-cü ilin yanvar-acvqust aylarında Azərbaycandan  1.257 mlrd. ədəd siqaret alıb ki, bu da ümumilikdə $21.3 mln. dolları əhatə edir. Bunu Dövlət Statistika Komitəsinin rəqəmləri deməyə əsas verir.

Qeyd edək ki, cari ilin ilk üç rübündə Azərbaycandakı müəssisələr 11.981 mlrd. ədəd siqaret istehsal ediblər. Bu istehsalın illik müqayisədə 5.6 faiz artımdır. (Banker.az)