16:32 - 16.10.2024
16 oktyabr, Fineko/abc.az. Rusiyada elektrik enerjisinin idxalı və ixracının yeganə operatoru — "İnter RAO" PJSC qəza zamanı Gürcüstan və Azərbaycandan elektrik enerjisinin idxalını nəzərdən keçirir.
ABC.AZ xəbər verir ki, şirkət, hər ölkədən 300 MVt tədarük etmək imkanından bəhs etdiyini deyib.
Qeyd olunur ki, iyul ayında Rostov AES-də baş verən qəzadan sonra təxminən 2,5 milyon insan bir neçə gün işıqsız qalmışdı.
Eyni vəziyyətə qışda və ya gələn yayda yol vermək olmaz, buna görə enerji çatışmazlığı baxımından hər şeyə əl atılmalıdır.
Hər iki ölkə İnter RAO-nun sorğusuna hələ cavab verməyib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026