Taksilərin ən baha və ən ucuz olduğu ölkələr - Siyahı

17:10 - 1.10.2024


1 oktyabr, Fineko/abc.az. Nüfuzlu araşdırma portallarından olan “Numbeo” tərəfindən taksi xidmətinin ən baha və ən ucuz olduğu ölkələrin siyahısı hazırlanıb.

ABC.AZ xəbər verir ki, araşdırmalardan sonra məlum olub ki, 1 kilometr üçün gediş haqqı orta hesabla ən baha qiymətə 4,6 dollar və ya bizim valyuta ilə 7,8 manata İsveçrədədir.

Siyahıda Lüksemburq 3,7 dollar (6.3 manatla) ikinci pillədə qərarlaşıb.

Albaniyada isə bu göstərici 3,4 dollar (5,8 manatla) təşkil edib.

Ən aşağı qiymətlər isə Filippin 0,27 dollar (45 qəpik), Ukrayna 0,29 dollar (49 qəpik), Özbəkistan, Belarusiya, Hindistan və Ukrayna 0,30 dollar (51-52 qəpik) kimi ölkələrdədir.

Müəllif: Elmir Murad