16:51 - 1.10.2024
1 oktyabr, Fineko/abc.az. Ukraynanın “Enerqoatom” şirkəti korrupsiya qalmaqallarına görə yeni atom reaktorlarının tikintisinə milyardlarla dollar cəlb edə bilməyəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Financial Times qəzeti yazır.
Qeyd olunur ki, Ukraynanın üç aktiv nüvə stansiyası ölkənin elektrik enerjisinin təxminən yarısını istehsal edir, lakin 10 ildən sonra iki reaktorun dəyişdirilməsi lazım olacaq.
Bu ilin yanvar ayında Ukraynanın energetika naziri Qaluşenko bildirib ki, “Enerqoatom” dörd yeni reaktorun tikintisinə başlayacaq.
Bununla birlikdə, FT jurnalistlərinin yazdıqları kimi, korrupsiya qalmaqallarında iştirak edən bir şirkətin bu layihə üçün lazım olan milyardlarla dolları cəlb edə biləcəyi ehtimalı azdır. Galuşenkonun Bolqarıstanda köhnə Rusiya texnologiyalarının 600 milyon dollara alınması planı bu yay deputatların etirazlarından sonra dayandırıldı.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026