15:44 - 20.08.2018
20 avqust, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 20 avqust tarixində hərracda Bank 350 milyon manat cəlb edib.
“Növbəti depozit hərracında təklif 569,29 mln. manat, orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
8 Avqust 2026
8 Avqust 2026