10:53 - 26.07.2024
26 iyul, Fineko/abc.az. İran yanvar ayında müsadirə edilən Türkiyəyə gedən St Nikolas tankerində olan nefti geri qaytarıb.
ABC.AZ xəbər verir ki, məlumata görə, neft Larak adası yaxınlığında Türkiyənin T. Semahat tankerinə yüklənib.
Marşal adaları bayrağı altında üzən St Nikolas tankeri yanvarın 11-də bir qrup silahlı şəxs tərəfindən 145 min tona yaxın neft daşıdığı zaman ələ keçirilmişdir. Tanker, Bəsrədən (İraq) Süveyş kanalı vasitəsilə Türkiyənin Aliağa limanına gedirdi. İslam Respublikasının KİV-in məlumatına görə, yük İran Məhkəməsinin qərarı ilə İran Hərbi Dəniz Qüvvələri tərəfindən müsadirə edilib.
18 Avqust 2026
17 Avqust 2026