“TotalEnergies” II rübdə xalis gəliri gözlənilmədən 7% azaldıb - Hesabat

14:22 - 25.07.2024


25 iyul, Fineko/abc.az. Fransanın “TotalEnergies” neft-qaz şirkəti 2024-cü ilin ikinci rübündə xalis mənfəəti illik ifadədə 7% azaldıb.

ABC.AZ xəbər verir ki, aprel-iyun aylarında xalis mənfəəti əvvəlki ilin eyni dövrü üçün 4,09 milyard dollar ilə müqayisədə 3,79 milyard dollar olub. Analitiklər bu göstəricinin 4,96 milyard dollara qədər artacağını gözləyirdilər.

Korrektə olunmuş mənfəət 6% azalaraq 4,67 milyard dollara düşüb.

Korrektə olunmuş EBITDA demək olar ki, dəyişməyib və 11,07 milyard dollar təşkil edib.

Gəlir bir il əvvəlku 56,27 milyard dollardan, 53,74 milyard dollara qədər azalıb.

Ötən rübdə “TotalEnergies” karbohidrogen hasilatı 1% azalaraq gündə 2,441 milyon barel neft ekvivalenti təşkil edib. O cümlədən neft hasilatı 7% azalaraq 1,318 milyon b/s təşkil edib, qaz hasilatı isə 6% artıb.