09:30 - 23.07.2024
23 iyul, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti çərşənbə axşamı keçirilən hərracda sabitdir.
London ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçersi saat 09:28-də $0,02 (0,02%) artaraq bir barel üçün $82,42-a yüksəldi. İyulun 22-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin sentyabr fyuçersləri bir barelə $0,23 (0,28%) azalaraq $82,40-a enib.
Saat 09:28-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin sentyabr fyuçerslərinin dəyəri $0,04 (0,05%) azalaraq bir barel üçün $78,36-a düşüb. İyulun 22-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin sentyabr fyuçerslərinin qiyməti $0,24 (0,31%) azalaraq bir barel üçün $78,40-a düşüb.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026