15:47 - 19.07.2024
19 iyul, Fineko/abc.az. Ukraynanın Lukoil neftinin tranzitini dayandırması xəbərindən sonra Slovakiya və Macarıstan digər Rusiya şirkətlərindən neft almağa davam etdiklərini bildirib.
Eyni zamanda, AB üzvü olan Macarıstan bu vəziyyətdən məmnun deyil. "Ukraynadakı yeni hüquqi vəziyyətə görə Lukoil artıq Macarıstana tədarük etmir və indi neft tranzitinin bərpasına imkan verəcək bir həll üzərində işləyirik, çünki Rusiya nefti enerji təhlükəsizliyimiz üçün çox vacibdir", - deyə Macarıstan xarici işlər naziri Siyarto bildirib.
Slovakiya da tranzitin bərpası ilə bağlı məsələnin tezliklə həll olunmasının tərəfdarıdır. Təchizatdakı nasazlıq Slovnaft-a məxsus Bratislava Neft Emalı Zavodunun işinə mənfi təsir göstərə bilər.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026