“SOCAR Türkiye Yatırım” keçən il 1.2 milyard manat gəlir əldə edib

10:04 - 12.07.2024


12 iyul, Fineko/abc.az. Dövlət Neft Şirkətinin Türkiyədəki törəməsi “SOCAR Türkiye Yatırım A.Ş.” 2023-cü ildə 1 milyard 186 milyon manat (20 milyard 204 milyon Türk lirəsi) ekvivalentində xalis mənfəət əldə edib. Bu, 2022-ci ildə 2 milyard 415 milyon manat (26 milyard 568 milyon Türk lirəsi) idi.

ABC.AZ-ın məlumatına əsasən, “SOCAR Türkiye Yatırım A.Ş.” 2023-cü ildə 16 milyard 75 milyon manat gəlir əldə etməklə 2022-ci ildə manatla müqayisədə 17% azdır.

Lakin bu azalma yerli valyutanın xarici valyutalara qarşı kəskin dəyər itkisindən irəli gəlir və bu manata müvafiq dövr üzrə konvertasiya edildikdə gəlirlər azalmış görünür. Belə ki, 2022-ci ildə milli valyuta ilə ifadədə müvafiq kurlar üzrə şirkətin gəlirləri 212 milyard 376 milyon lirə, 2023-cü il üzrə isə 273 milyard 850 milyon lirə təşkil edir.

Şirkətin xalis aktivlərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı təqribən 79%-dir.