09:25 - 12.07.2024
12 iyul, Fineko/abc.az. Cümə günü hərracda etalon neftin qiymətləri artmağa davam edir, lakin həftənin nəticələrinə görə hələ də mənfidədirlər.
Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti saat 09:20-yə 0,14 dollar (0,16%) artaraq 85,54 dollar/barelə bərabər olub. İyulun 11-də keçirilən ticarətin yekunlarına əsasən, sentyabrın 1-də Brent markalı neftin bir barel fyuçerslərinin qiyməti 0,32 dollar (0,38%) bahalaşaraq 85,40 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin avqust fyuçerslərinin qiyməti 0,26 dollar (0,31%) artaraq 1 barelə görə 82,88 dollar təşkil edib. İyulun 11-də keçirilən ticarət nəticəsində WTI markalı neftin avqust fyuçerslərinin qiyməti 0,52 dollar (0,63%) artaraq 82,62 dollar/barelə çatıb.
Bu həftə ərzində Brent markalı neft 1,16%, WTI markalı neft isə 0,34% ucuzlaşıb.
18 Avqust 2026
17 Avqust 2026