10:20 - 11.07.2024
11 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycanda neft-kondensat hasilatı 14,4 milyon ton, ixracı isə 11,9 milyon ton olub.
ABC.AZ xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir əlavə edib ki, bu dövrdə ötən ilin I yarımili ilə müqayisədə 4,3 % artımla hasil edilmiş 25,1 milyard kubmetr təbii qazın isə 12,7 milyard kubmetri ixrac olunub.
Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.
18 Avqust 2026
17 Avqust 2026