SOCAR bərpa olunan enerji layihələrinə investisiya yatırmaq istəyir - Rövşən Nəcəf

14:11 - 5.06.2024


5 iyun, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bərpa olunan enerji layihələrinə investisiya yatırmaq niyyətindədir. 

 ABC.AZ xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf bu gün keçirilən Bakı Enerji Forumunun I günündə bildirib. Onun sözlərinə görə, bunun üçün şirkət dünyanın ən tanınmış, böyük enerji şirkətləri ilə əməkdaşlıq edir: “Belə əməkdaşlıq etmədən mümkün deyil”.

R.Nəcəf qeyd edib ki, SOCAR neft-qaz şirkəti olaraq yaradılsa da, artıq enerji şirkəti kimi fəaliyyət göstərir: “Azərbaycanın enerji şirkətinin məxsusi rolu qonşu ölkələrin və təbii ki, evlərin enerji təhlükəsizliyini təmin etməkdir”. O vurğulayıb ki, SOCAR 2050-ci ilə qədər karbon emissiyasının sıfıra endirilməsinə nail olunmasını hədəf götürüb: “İnanırıq ki, biz bu hədəflərə nail olacağıq”.