14:26 - 7.05.2024
7 may, Fineko/abc.az. Britaniyanın BP neft-qaz şirkəti birinci rüb üzrə 2,7 milyard dollar mənfəət elan edib. Bu, ötən illə müqayisədə 40% azdır və analitiklərin gözləntiləri ilə uyğun deyil.
ABC.AZ xəbər verir ki, bu nəticənin səbəbi ABŞ-da neft və qaz qiymətlərinin azalması, eləcə də neft emalı zavodlarının boşdayanması olub.
Buna baxmayaraq, şirkət dividend həcmini səhm başına 7,27 sent səviyyəsində və növbəti üç ay üçün 1,75 milyard dollarlıq səhm geri alma proqramını saxlayıb.