17:20 - 25.04.2024
25 aprel, Fineko/abc.az. Çinin Sıçuan vilayətinin paytaxtı olan Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılış mərasimi keçirilib.
ABC.AZ xəbər verir ki, hazırda bu şəhərcikdə Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Niderland, Belçika və Yeni Zelandiya da daxil olmaqla 34 ölkənin pavilyonu fəaliyyət göstərir. “Azərbaycan Ticarət Evi” şəhərcikdəki ən böyük ticarət evlərindən biridir.
Ticarət evində Azərbaycanın zəngin mədəni irsinə, turizm potensialına, iqtisadi imkanlarına, eləcə də, sərmayə mühitinə aid materiallar nümayiş olunur. İqtisadiyyat Nazirliyinin dəstəyi, ölkəmizin Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə yaradılan ticarət evində “Made in Azerbaijan” brendli məhsullar çinli istehlakçılara təqdim olunur. Bura əsasən çaylar, meyvə şirələri, şərablar, konservlər, mürəbbələr, qənnadı məmulatları və s. daxildir.
13 Avqust 2026
13 Avqust 2026