Enerji ixracı qarşıdakı illərdə də Azərbaycan iqtisadiyyatının əsasını təşkil edəcək - Proqnoz

12:22 - 4.04.2024


4 aprel, Fineko/abc.az. Enerji ixracı qarşıdakı on il ərzində də Azərbaycanın iqtisadi artımının aparıcı qüvvəsi olaraq qalacaq. 

ABC.AZ xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions" (FS) şirkətinin Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunda bildirilib.

"2033-cü ilə qədər olan 10 illik proqnoz dövrümüzdə enerji ixracında əvvəlki illərdə olduğu kimi güclü artım olmasa da, Azərbaycanın iqtisadi artımının əsas drayveri olmaqda davam edəcəyini gözləyirik. Hökumət qarşıdakı illərdə iqtisadiyyatı şəxaləndirmə səylərini davam etdirəcək", - FS qeyd edib.

"Fitch Solutions" hesab edir ki, Avropanın Rusiya enerji ticarətindən asılılığını şaxələndirmək cəhdini nəzərə alaraq, Azərbaycan proqnozlaşdırılan dövr ərzində Aİ-nin artan enerji tələbatından faydalanacaq.(Apa)