16:18 - 3.04.2024
3 aprel, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 4,7 milyon dollar dəyərində məhsul ixrac edib.
ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, həmin göstəricinin əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 0,9 milyon dollar və ya 24% çoxdur.
Qeyd edək ki, 2023-ci ilin 2 ayı ərzində "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 3,8 milyon dollar dəyərində məhsul ixrac edib.
12 Avqust 2026