Fındıq satanlar iki ayda Azərbaycana 22,4 milyon dollar valyuta gətirib

14:48 - 3.04.2024


3 aprel, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə 22,4 milyon dollar dəyərində meşə fındığı ixrac edilib.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 milyon dollar və ya 4% azalıb.

Qeyd edək ki, 2023-cü ilin eyni dövründə 23,3 milyon dollar dəyərində meşə fındığı ixrac edilib. Təkcə fevral ayında 12,3 milyon dollarlıq meşə fındığı ixrac edilib ki, bu da illik müqayisədə 0,8 milyon dollar və ya 7% çoxdur. Ötən ilin fevral ayında 11,5 milyon dollarlıq meşə fındığı ixrac edilmişdi.