İki ayda xurma ixrac edənlər xeyli varlanıb - Gəlirləri çoxalıb

14:45 - 3.04.2024


3 aprel, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında 26,4 milyon dollar dəyərində xurma ixrac edilib.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 milyon dollar 81% artıb.

Qeyd edək ki, 2023-cü ilin eyni dövründə 14,6 milyon dollar dəyərində xurma ixrac edilib.

Təkcə fevral ayında 9,3 milyon dollarlıq xurma ixrac edilib ki, bu da illik müqayisədə 5,5 milyon dollar və ya 2,4 dəfə çoxdur.

Ötən ilin fevral ayında 3,8 milyon dollarlıq xurma ixrac edilmişdi.