“Saudi Aramco” qaz emalı zavodunun genişləndirilməsinə investisiya yatırır

17:38 - 2.04.2024


2 aprel, Fineko/abc.az. “Saudi Aramco” Səudiyyə Ərəbistanındakı "Fədxili" Qaz Emalı Zavodunun tutumunu gündə 2,5 milyard kub futdan 4 milyard kub futadək genişləndirilməsinə 7,7 mlrd dollar investisiya etməyi planlaşdırır. 

ABC.AZ xəbər verir ki, “Saudi Aramco” qeyd edib ki, 1,5 milyard kub fut əlavə emal gücü 2021-ci illə müqayisədə 2030-cu ilə qədər qaz hasilatının 60% - dən çox artırılması strategiyasının həyata keçirilməsinə töhfə verəcək.

"Fədxili"nin genişləndirilməsinin 2027-ci ilin noyabr ayına qədər başa çatdırılması planlaşdırılır.

"Aramco, Samsung Engineering Company, GS Engineering & Construction Corporation və Nesma & Partners ilə “Fədxili” qaz zavodunun genişləndirilməsi layihəsi üçün EPC müqavilələri bağlayıb", - deyə şirkət bildirib.