Tokayev və Çin korporasiyasının rəhbəri enerji sahəsində əməkdaşlığı müzakirə ediblər

12:21 - 29.03.2024


29 mart, Fineko/abc.az. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ÇXR-də Çinin dövlət enerji investisiya korporasiyasının direktorlar şurasının sədri Liu Minşenlə görüşərək, enerji sahəsində, o cümlədən bərpa olunan enerji mənbələri əsasında əməkdaşlıq perspektivlərini müzakirə edib. 

ABC.AZ xəbər verir ki, Tokayev qeyd edib ki, Qazaxıstan Bərpa Olunan Enerji sahəsində ən yaxşı beynəlxalq texnologiyaların və təcrübələrin cəlb edilməsində maraqlıdır. O, həmçinin Liu Minşeni iyun ayında Astanada keçiriləcək "Astana" beynəlxalq forumunda iştirak etməyə dəvət edib.