Ukrayna Polşa ilə üç dövlətlərarası elektrik xətti qurmaq istəyir

11:12 - 29.03.2024


29 mart, Fineko/abc.az. Kiyev Ukrayna və Polşa arasında üç yeni elektrik xəttinin çəkilməsində maraqlıdır.

ABC.AZ xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.

"Biz yeni transsərhəd xətlərin, xüsusən Novovolınskaya - Helm, Lvovskaya - Krosno, Droqobıç – Krosno xətlərinin tikintisində maraqlıyıq", — deyə o Polşada cümə axşamı keçirilən hökumətlərarası məsləhətləşmələrdən sonra polşalı həmkarı Donald Tusk ilə brifinqdə bildirib.

Şmıqal qeyd edib ki, Polşa Ukraynaya enerji sistemini sabitləşdirməyə kömək edir. Onun sözlərinə görə, Kiyev də interkonnektorların tikintisində əməkdaşlığı gücləndirmək istəyir.