09:45 - 29.03.2024
29 mart, Fineko/abc.az. Brent və WTI neft qiymətləri 2024-cü ilin mart ayını və I rübü inamlı artımla başa vurdu.
ABC.AZ İnterfaksa istinadən xəbər verir ki, mart ayında Brent 4,6%, WTI isə 6,3% bahalaşıb. Dow Jones Market məlumatına görə, I rübdə qiymətlər 13,6% və 16,1% artdı.
Cümə günü hər iki marka ilə ticarət aparılmır, çünki əlamətdar gün ilə əlaqədar birjalar bağlıdır.
Cümə axşamı günü bazarın bağlanışına Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçersləri $1,59 (1,86%) artaraq bir barel üçün $87,00-a yüksəldi.
Dünən Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin may ayı üçün fyuçersləri $1,82 (2,24%) artaraq bir barel üçün $83,17-a çatıb.