14:47 - 28.03.2024
28 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 4 milyon 772,5 min ton həcmində xam neft istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə xam neft istehsalı 340,8 min ton və ya 6,7% azalıb.
2023-ci ilin yanvar-fevral aylarında bu göstərici müvafiq olaraq 5 milyon 113,3 min ton təşkil edib.
01.03.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 224,9 min ton olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 24,4 min ton və ya 9,8% azdır.
01.03.2023-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 249,3 min ton təşkil edib.