10:44 - 28.03.2024
28 mart, Fineko/abc.az. İraqın Enerji Nazirliyi İranın Milli Qaz Şirkəti ilə respublikaya gündəlik 50 milyon kubmetrə qədər qaz tədarükü haqqında saziş imzalayıb.
ABC.AZ xəbər verir ki, müqavilə beş il müddətinə bağlanılıb.
Qeyd olunur ki, saziş "istehsal müəssisələrinin iş tempinin saxlanılmasına" və "elektrik enerjisinə olan tələbatın ödənilməsinə" yönəlib.
İraq hər gün 50 milyon kubmetrə qədər təbii qaz idxal edərək, İrandan elektrik stansiyaları üçün elektrik və yanacaq tədarükündən xeyli dərəcədə asılıdır. Tehran daxili çatışmazlıq və Bağdadın maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbindən ixracatı vaxtaşırı azaldır və ya dayandırır.