15:32 - 27.03.2024
27 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 9,1 ton sürtkü yağı istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sürtkü yağı istehsalı 3,1 ton və ya 25,4% azalıb.
2023-cü ilin yanvar-fevral aylarında bu göstərici 12,2 ton təşkil edib. 01.03.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 3,9 ton təşkil edib ki, bu da illik müqayisədə 3,8 ton və ya 49,4% azdır.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 7,7 ton olub.
21 Avqust 2026
21 Avqust 2026