15:26 - 27.03.2024
27 mart, Fineko/abc.az. Astana və Moskva Qazaxıstanın şimal və şərq regionlarının mümkün qazlaşdırılması ilə bağlı danışıqları davam etdirirlər.
ABC.AZ xəbət verir ki, bu barədə respublikanın energetika naziri Almasadam Satkaliyev məlumat verib.
Satkaliyev qeyd edib ki, layihələrin texniki-iqtisadi əsaslandırılmasına baxılmasının yekunları üzrə əlavə tədbirlər görüləcək.
2023-cü ilin oktyabrında Qazaxıstanın energetika naziri bu məsələ ilə bağlı danışıqların nazirliyin xətti ilə davam etdiyini, "Kazakqaz" şirkətinin xətti ilə Rusiyadan qaz tədarükünün müxtəlif mümkün marşrutlarına, habelə mümkün boru kəmərlərinin Qazaxıstan qaz kəməri sistemi ilə əlaqələrinə baxıldığını bildirmişdi. Hələ ki yekun qərarlar qəbul edilməyib.