09:13 - 19.03.2024
19 mart, Fineko/abc.az. Ötən sessiyanın yekunlarına görə artımdan sonra çərşənbə axşamı keçirilən ticarətdə neftin etalon markalarının qiyməti aşağı düşür.
London ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti saat 09:09 – a qədər $0,19 (0,22%) azalaraq bir barel üçün $86,70-a düşüb. Martın 18-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin may ayı üçün fyuçersləri $1,55 (1,82%) artaraq bir barel üçün $86,89-a çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin may fyuçerslərinin qiyməti 09:09 – a qədər $0,15 (0,18%) azalaraq bir barel üçün $82,01-a düşüb. Martın 18 - də keçirilən hərracların nəticələrinə görə, WTI markalı neftin may fyuçerslərinin qiyməti $1,58 (1,96%) artaraq bir barel üçün $82,16-a çatıb.
25 Avqust 2026
25 Avqust 2026