Azərbaycan uzun müddətdən sonra bu ölkəyə neft satışına başladı

17:14 - 18.03.2024


18 mart, Fineko/abc.az. Polşa uzun müddətdən sonra Azərbaycandan neft alışını bərpa edib.

ABC.AZ xəbər verir ki, 2024-cü ilin ilk iki ayında bu ölkəyə  90.15 min tonluq xam neft ixrac edilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ixracın statistik dəyəri $57.36 mln. təşkil edib.

Bir ton neftin dəyəri Polşaya $636-ə satılıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan xaricə  4.595 mln. tonluq xam nefti 2.826 mlrd. Dollara ixrac edib.