12:12 - 18.03.2024
18 mart, Fineko/abc.az. Dəniz tankerləri tərəfindən tədarük edilən Rusiya neftinin iri alıcısı olan Hindistan artıq iki aydır ki, Kozmino limanından yüklənən premium dərəcəli VSTO xammalını almır.
ABC.AZ xəbər verir ki, daha öncə Hindistan Saxalin yataqlarından çıxarılan başqa bir premium növünün — Sokol idxalını kəskin şəkildə azaltmışdı. Yeni Delhinin bu qərarı hesablamalardakı fikir ayrılıqları, habelə Rusiya neftinin qiymət tavanına uyğunluq tələblərinin sərtləşdirilməsi səbəbindən ölkə idxalçılarının qorxuları ilə bağlıdır.
Bildirilir ki, 2023-cü il ərzində VSTO dərəcəli neftin Hindistana tədarükü gündə orta hesabla 95 min barel, 2022-ci ilin ikinci yarısında isə gündə 60 min barel təşkil edib.