Türkiyə Rusiyadan kömür ixracını artırıb

15:08 - 15.03.2024


15 mart, Fineko/abc.az. 2022-ci ildə Rusiya Kolumbiyanı qabaqlayaraq ilk dəfə Türkiyənin iri kömür tədarükçüsü olmuşdu. Həmin il Rusiyanın elektrik enerjisi istehsalı üçün kömür idxalındakı payı 49% idi. Lakin 2023-cü ildə Rusiyanın payı 73%-ə yüksəldi və Türkiyənin əsas tədarükçüsü kimi mövqeyini möhkəmləndirdi.

ABC.AZ xəbər verir ki, 2022-ci ilə qədər Türkiyə elektrik enerjisi istehsalı üçün 4 milyon ton Rusiya kömürü idxal etmişdi. Tədarük üç dəfədən çox artaraq 2022-ci ildə 12.4 milyon tona çatmişdı və 2023-cü ildə 17,4 milyon tona qədər artmağa davam etmişdi.
Səbəblərdən biri — Rusiya tərəfindən edilən böyük endirimlərdir.