Vaşinqton hidrogen layihələrinə 750 milyon dollar ayırır

12:28 - 15.03.2024


15 mart, Fineko/abc.az. ABŞ Energetika Nazirliyi 24 ştatda hidrogen layihələrinə 750 milyon dollar ayırdığını açıqlayıb.

ABC.AZ xəbər verir ki, hazırda ABŞ-da hidrogenin böyük əksəriyyəti fosil yanacaq elektrolizerləri, yəni daimi emissiyalar ilə istehsal olunur. Yeni qrantlar ABŞ-a 2030-cu ilə qədər 10 milyon ton "yaşıl" hidrogen (Bərpa Olunan Enerji ilə istehsal olunan hidrogen) istehsalı da daxil olmaqla milli təmiz hidrogen strategiyasının hədəflərinə çatmağa kömək edəcək.

Qrantlar həmçinin 7 milyard dollar dəyərində Hidrogen Mərkəzi proqramının əsasını qoymağa kömək edəcək.