Neft ucuzlaşır, Brent bir barel üçün $85,20 təşkil edir

09:36 - 15.03.2024


15 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti əvvəlki hərracların nəticələrinə görə yüksəldikdən sonra cümə günü hərracda azalır.

London ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 09: 33 – ə qədər $0,22 (0,26%) - bir barel üçün $85,20-a düşdü. Martın 14 - də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin may fyuçersləri $1,39 (1,65%) artaraq bir barel üçün $85,42-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti 09:33 – ə qədər $0,18 (0,22%) azalaraq bir barel üçün $81,08-a düşüb. Martın 14 - də aparılan hərracların nəticələrinə görə, WTI neftinin aprel ayı üçün neft fyuçerslərinin qiyməti $1,54 (1,93%) artaraq bir barel üçün $81,26-a çatıb.

Analitiklərin bu il yanacaq istehlakının artması ilə bağlı proqnozları sayəsində həftənin əvvəlindən neft təxminən 4% bahalaşıb.