14:52 - 13.03.2024
13 mart, Fineko/abc.az. Bu ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barel olub.
Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bunun 476 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.
Bununla da Azərbaycan OPEC kvotasını 86,39% istifadə edib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.