Neft bahalaşır, Brent bir barelə $82,53 təşkil edir

09:46 - 13.03.2024


13 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti dünənki enişdən sonra çərşənbə günü hərracda yüksəlir.

London ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti saat 09:43-də $0,61 (0,74%) artaraq bir barel üçün $82,53-a çatıb. Martın 12-də Brent markalı neftin may fyuçersləri $0,29 (0,35%) ucuzlaşaraq bir barel üçün $81,92-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti saat 09:43-də $0,62 (0,80%) artaraq bir barel üçün $78,18-a çatıb. Martın 12-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin aprel fyuçerslərinin qiyməti $0,37 (0,47%) azalaraq bir barel üçün $77,56-a düşüb.