11:00 - 12.03.2024
12 mart, Fineko/abc.az. Bu ilin yanvar - fevral aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 4,8 mln. ton, ixraca nəql edilən həcmlər isə 3,9 mln. ton olub.
ABC.AZ xəbər verir ki, energetika naziri Pərviz Şahbazovun "X" sosial şəbəkəsində paylaşdığı məlumatlara görə, bu dövrdə 240 mln.m3 artımla hasil edilmiş 8,2 mlrd.m3 qazın 4,1 mlrd.m3-i ixrac olunub.
Bu ilin yanvar - fevral aylarında Avropaya 2,1 mlrd.m3, Türkiyəyə 1,4 mlrd.m3, Gürcüstana isə 0.6 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0.8 mlrd.m3 qaz nəql edilib.