11:02 - 11.03.2024
11 mart, Fineko/abc.az. Səudiyyə neft şirkəti “Saudi Aramco”nun 2023-cü ilin yanvar-dekabr aylarında xalis mənfəəti 2022-ci ildə 161,07 milyard dollara qarşı 121,27 milyard dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, neftin ucuzlaşması fonunda göstərici 24,8% azalıb.
Eyni zamanda, “Saudi Aramco” qeyd edir ki, 2023-cü ilin nəticələrinə görə mənfəət şirkət tarixində ikinci ən böyük göstəricidir. Xalis mənfəət üzrə rekord 2022-ci ilin yekunlarına əsasən müəyyən edilib.
2023-cü ildə şirkətin sərbəst pul axını 101,2 milyard dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 32% azalıb. Şirkətin kapital xərclərinin həcmi 28% artaraq 49,7 milyard dollara çatıb. İlin sonunda “Saudi Aramco”nun dividend ödənişləri 2022-ci ilə qədər 30% artaraq cəmi 97,8 milyard dollar təşkil edib.