Neft ucuzlaşır, Brent bir barel üçün $82,86 təşkil edir

09:45 - 7.03.2024


7 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti dünən qalxdıqdan sonra cümə axşamı hərracda zəif azalır.

London ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti saat 09:41 – ə qədər $0,10 (0,12%) azalaraq bir barel üçün $82,86-a düşüb. Martın 6 - da keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin may fyuçersləri $0,92 (1,12%) artaraq bir barel üçün $82,96-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti 09:41 – ə qədər $0,07 (0,09%) - bir barel üçün $79,06-a düşdü. Martın 6 - da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin aprel ayı üçün fyuçersləri $0,98 (1,25%) artaraq bir barel üçün $79,13-a çatıb.