11:51 - 6.03.2024
6 mart, Fineko/abc.az. Huawei smartfonları Çin bazarında populyarlıq baxımından iPhone-u geridə qoyub.
ABC.AZ xəbər verir ki, bunu "Counterpoint"ın araşdırması göstərib.
2024-cü ilin ilk altı həftəsində Apple-ın Çində satışları illik müqayisədə 24% azalıb, Huawei-nin satışları isə eyni dövrdə 64% artıb. Apple-ın Çin bazarındakı payı 16%-dən aşağı düşüb, brend populyarlıqda dördüncü yerə geriləyib, Huawei 16,5%-lik payla ikinci yerə yüksəlib.
İndi Amerika istehsalçısının əsas rəqibi yerli Huawei-dır. Huawei şirkətinin Mate 60 seriyasına güclü tələbat mövcuddur.
Apple-ın Çin smartfon bazarındakı payı 15,7%-ə düşüb, şirkət çinli istifadəçilər arasında populyarlıq baxımından dördüncü yerə geriləyib. Bir il əvvəl 19% payla ikinci yerdə idi.
Öz növbəsində Huawei ikinci yerə yüksəlib, istehsalçının Çin smartfon bazarında bazar payı il ərzində 9,4%-dən 16,5%-ə yüksəlib. Çinin smartfon bazarı isə 7% azalıb.
12 Avqust 2026