Apple yeni MacBook və iPad-ləri təqdim edə bilər

11:02 - 4.03.2024


4 mart, Fineko/abc.az. Apple bu həftə yeni MacBook və iPad-ləri təqdim edə bilər.

ABC.AZ xəbər verir ki, məlumata görə, şirkətin tam olaraq nə göstərəcəyi hələ məlum deyil. Apple-ın mart ayında yeni iPad Pro, iPad Air, yenilənmiş MacBook Air və iPad Pro və Apple Pencil üçün Magic Keyboard təqdim edəcəyi gözlənilir.

Apple bütün yeniliklər haqqında press-relizlər və videolar vasitəsilə danışacaq. Tam təqdimat olmayacaq.