Dünya LNG-yə rekord tələbat proqnozlaşdırır

11:57 - 20.02.2024


20 fevral, Fineko/ abc.az. 2024-cü ilin birinci rübündə mayeləşdirilmiş təbii qaza qlobal tələbat ötən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 114 milyon rekord həddə çatacaq.

ABC.AZ xəbər verir ki, ekspertlər dəqiqləşdirirlər ki, kəmiyyət baxımından birinci rübdə LNG-yə tələbat 10 milyon ton artacaq - bu, müşahidə tarixində rekord artım tempidir. Ötən ilin dördüncü rübünün nəticələri ilə fərq 6,5% və ya yeddi milyon ton LNG olacaqdır.

Ekspertlərin fikrincə, bu artım əsasən Çin, Hindistan və Cənub-Şərqi Asiya dövlətlərinin yanacağa ehtiyacı olan bazarlarını təmin edəcək.