12:15 - 19.02.2024
19 fevral, Fineko/abc.az. LNG-nin ilk partiyası Yunanıstanın DEPA Emporias şirkəti tərəfindən qəbul edilir. Qaz Amerikanındır, Cameron LNG terminalından gəlib, vasitəçi isə Fransanın TotalEnergies şirkətidir.
ABC.AZ xəbər verir ki, terminalın hər il 5,5 milyard kubmetr qaz qəbul etməsi planlaşdırılır ki, bunun da 4 milyard kubmetri IGB (Interconnector Greece — Bulgaria) qaz kəməri vasitəsilə Bolqarıstana, daha sonra Macarıstan, Rumıniya, Şimali Makedoniya, Serbiya və ehtimal ki, Ukraynaya göndəriləcək.
Bundan əvvəl mövcud olan yeganə "Revitus" FSRU 2023-cü ildə 2,71 milyard kubmetr qəbul etmişdi, bunun 1,02 milyardı ABŞ-dan, 0,8 milyardı isə Rusiyadan idi. Ötən il Rusiya Yunanıstana qaz tədarükünün təxminən 50%-ni təmin edib.